Nazir Əbülfəs Qarayev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini ilə görüşüb


Digərləri 02 May 2019 12:47:09 249 0

Nazir Əbülfəs Qarayev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini Mikheil Giorgadze ilə görüşüb.

Bakı. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini Mikheil Giorgadze ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Ə.Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib. Səmimi qəbula görə minnətdarlığını bildirən Mikheil Giorgadze Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.