Klopp: "Komandamın oyunundan razı, nəticədən narazıyam"


İdman 02 May 2019 12:28:00 218 0

Klopp: "Komandamın oyunundan razı, nəticədən narazıyam"

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Liverpool səfərdə Barcelona-ya uduzub - 0:3.

Goal.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp oyundan sonra fikirlərini bölüşüb:

"Futbol belə bir oyundur. Hər şey atılan qollarla ələqəlidir. 3 qol vurdular və biz fərqlənə bilmədik. Rəqibin performansı əla idi. Bizim oyunçular da yaxşı idi. Komandamın oyunundan razı, nəticədən narazıyam. Qollarla bağlı danışmaq asandır, ancaq bizim də yaxşı qol vəziyyətlərimiz oldu, Barcelona-ya bəzi epizodlarda problem yaşatdıq. Bilmirəm, bundan daha yaxşı oynaya bilərdikmi. 0:3 geridəyik. Toparlanıb Newcastle səfərinə hazırlaşacağıq. Nə desək də, nəticə dəyişməyəcək. Onlarla bir daha qarşılaşacağıq. Nələr olacaq, görəcəyik".

Alman mütəxəssis Messinin cərimə zərbəsindən vuruduğu qol barədə də təəssüratını bölüşüb: "Belə anlarda onu dayandırmaq mümkün deyil. Zərbənin qarşısını ala bilmədik. Lionelin dünya səviyyəli futbolçu olduğunu bilirdim, yenidən gördüm və çox da təəccüblənmədim".