UNESCO rəsmisi: Bakı Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir


Digərləri 02 May 2019 12:23:00 183 0

UNESCO rəsmisi: Bakı Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir.

Bakı. Elçin Mehdiyev - Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir. Trend-in məlumatına görə, bunu UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif Forum çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli panelində müzakirələr zamanı deyib. Al-Naşif bildirib ki, bu gün insanların fikirlərində sülhü və təhlükəsizliyi təbliğ etməyə ehtiyac var. O qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün dialoqun və tərəfdaşlığın mühüm rolu var: “Bu gün dünyanın daha geniş dialoqa, tərəfdaşlığa ehtiyacı var. Bu baxımdan Bakı Forumu səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir. Forum dünyanın tanınmış ekspertlərini bir araya gətirir, səmərəli fikir və təcrübə mübadiləsi aparılır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin