Baş redaktor Şəfəq Ağacan Bakıda narkotik satarkən yaxalandı


Digərləri 02 May 2019 12:06:00 218 0

Baş redaktor Şəfəq Ağacan Bakıda narkotik satarkən yaxalandı

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.

Bakı. Samir Əli - Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq Ağacan qızı rayon ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb. Faktla bağlı cinayət işi başlanıb.