Tolik bu müğənniləri qoyuna bənzətdi:


Digərləri 02 May 2019 11:45:00 217 0

Tolik bu müğənniləri qoyuna bənzətdi:

Tarix Əliyev (Tolik) "Hər şey daxil"in bugünkü buraxlışında etdiyi açıqlamalarla yenidən diqqət mərkəzinə düşüb.

Son.az xəbər verir ki, Tolik prodüserlərin əksəriyyətini çoban, onların gündəmə gətirmək istədikləri müğənniləri isə qoyuna bənzədib:

"Bu gün şou-biznesdə bəzi çobanlar var ki, quzuları çalışırlar bəsləsinlər. Onları böyük bir qoyun etsinlər, amma alınmır. Çünki bu gün şou-biznesdə kimsə özünə prodüser deyərək bir müğənni çıxardırlar ortalığa, sosial şəbəkələrdə görmüş olarsınız. Bəzi müğənnilər var e, çıxıb oxuyurlar. Deyirlər ki, "Bizim səsimiz belədir, bizim səsimiz...". Bunlar nəyə bənzəyirlər, mən onları qoyunlara bənzədirəm. Bütün günü məildəyirlər. İnsanlar da onların hayına gedir".


Xəbərə aid fotolar