"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi FOTO


Digərləri 02 May 2019 11:18:00 275 0

"Taxt oyunları"nın aktrisası gizlicə ərə getdi  FOTO

"Game of thrones" serialının aktrisası ərə gedib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, "Taxt oyunları"nın sevilən aktrisası Sofi Törner Las Veqasda mediadan gizli şəkildə ailə qurub.

O, tanınmış müğənni Co Conasa ərə gedib. Cütlük mərasim zamanı bir-birlərinə tərk etməyəcəklərinə dair söz veriblər.

Onların toy mərasiminin videosunu DJ Diplo sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, cütlük 2017-ci ilin oktyabr ayında nişanlanıb.


Xəbərə aid fotolar