Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü həbs edilib


Digərləri 02 May 2019 09:53:00 260 0

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini 
törədən sürücü həbs edilib

Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. Samir Əli - Aprelin 25-də Salyan-Şirvan avtomobil yolunun Salyan rayonu ərazisində Anar Abbasovun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Ford” markalı 15-BS-013 dövlət nömrə nişanlı mikroavtobus ilə Elnur Allahverdiyevin idarə etdiyi “Mercedes Benz” markalı 90-LZ-187 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində Məmmədqulu Soltanov və Xumnaz Zeynalovanın zərər çəkməsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluğunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 27-də M.Soltanovun aldığı xəsarətlərdən vəfat etməsi ilə əlaqədar cinayət işi həmin Məcəllənin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib. İş üzrə hadisənin şahidləri müəyyən edilərək dindirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Aparılmış istintaqla hadisənin A.Abbasov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.