Azərbaycanda narkotik maddələrdən zəhərlənmələr daha çox iynə ilə bədənə yeridilən heroindən olub


Digərləri 02 May 2019 09:35:39 252 0

Azərbaycanda narkotik maddələrdən zəhərlənmələr daha çox iynə ilə bədənə yeridilən heroindən olub

Azərbaycanda ötən il narkotik maddələrdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlər daha çox iynə ilə bədənə yeridilən heroindən zəhərlənəniblər.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda ötən il narkotik zəhərlənmələri ilə xəstəxanaya yerləşdirilmələr daha çox iynə ilə bədənə yeridilən heroindən olub. Bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib. Onun sözlərinə görə, zəhərlənməyə narkotik maddələrin dozadan artıq qəbul edilməsi səbəb olur. İ.Əfəndiyev qeyd edib ki, Azərbaycanda narkotik vasitələrdən zəhərlənmə halları azalıb. 2017-ci ildə 56, 2018-ci ildə 52 nəfər narkotik vasitələrdən zəhərlənib. 2017-ci ildə bütün zəhərlənmələrin (2016 hal) 2,8 faizi, 2018-ci ildə isə 2,4 faizi (2169 hal) narkotik vasitələrdən zəhərlənmə hallarının payına düşüb: “Bunlar narkotik vasitələrdən asılı şəxslər olublar. Dozanı artırdıqları üçün zəhərlənməyə məruz qalıblar”.