Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu - "Donuz qripi" var


Digərləri 02 May 2019 09:28:49 225 0

Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ olundu - "Donuz qripi" var

Rusiyanın Səhiyyə İdarəsi Hindistanda "donuz qripi"nin yayılması ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib.

Bakı. Rusiyanın Səhiyyə İdarəsi Hindistanda "donuz qripi"nin yayılması ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarını mütləq şəkildə peyvənd olunmağa çağırıb. Qeyd edək ki, 2019-cu ilin yanvarından Hindistanın ayrı-ayrı ştatlarında insanların A/H1N1 - "donuz qripi" virusuna yoluxma halları artıb. Hindistan Səhiyyə Nazirliyi daha təhlükəli vəziyyətin mərkəzi ştat olan Maxaraştrada qeydə alındığını bildirib. Belə ki, bu ştatda bu ilin bir neçə ayı ərzində 1300 А/H1N1 virusuna yoluxma halı qeydə alınıb. "Donuz qripi"nə yoluxanlardan 10-u dünyasını dəyişib.