ABŞda təlim təyyarəsi qəzayə uğrayıb


Dünya 02 May 2019 08:53:00 179 0

ABŞda təlim təyyarəsi qəzayə uğrayıb

ABŞ-ın Oklahoma ştatında təlim təyyarəsi qəzayə uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, təyyarə heyətinin iki üzvü xəsarət almayıb və Texas ştatında yerləşən ABŞ HHQ-nin bazasına qayıdıblar.

Məlumata əsasən, T-6 Texan II, Oklahoma ştatında təxminən saat 14 radələrində qəzaya uğrayıb. Qeyd edilir ki, hər iki nəfər katapulstasiya edib bazaya qayıdıblar.

Ölkənin HHQ-nin məlumatına görə, fövqəladə hallar xidmətlərinin əməkdaşları qəza yerindədir və istintaq tədbirləri həyata keçirirlər.