Oruc ictimai əxlaqı inkişaf etdirmək üçün ən təsirli amildir


Digərləri 02 May 2019 08:55:00 219 0

Oruc  ictimai əxlaqı inkişaf etdirmək üçün ən təsirli amildir

Fiqhin nəzərinə görə, oruc fərdi ibadətdir. Ancaq həqiqətdə oruc fərdi olsa belə, ictimai təsirlərə malikdir.

Oruc bir insanın Alahla rabitəsini tənzim edir. Ancaq bununla yanaşı, ictimai tərəfləri də vardır. Belə ki, Ramazan ayı daxil olan zaman bütün müsəlmanların vəzifəsi budur ki, oruc tusunlar. Xüsusi şəraitdə olan insanlardan başqa. Bu zaman oruc ictimai bir vacibata çevrilir, hamı ona əməl edir. Bundan başqa insan oruc tutmaqla yanaşı, orucun haramlarını da tərk etməlidir.

İctimai orucun da vacib və müstəhəbləri vardır. Xeyir işlər, iftar vermək kimi. Bir növ cəmiyyət xeyir işlər görmək üçün çalışmalar, səylər edər və günahdan və fəsaddan uzaq olub, Qurana yaxınlaşar. Beləliklə deyə bilərik ki, oruc ümumi bir vacib əməl olduğu kimi, həm də ictimai bir hadisə sayılır. İnsanlar oruc olan zaman bir yerdə toplaşır, Quran mərasimləri və iftar məclisləri təşkil edirlər. Bu zaman pisliklərdən uzaq olur və ictimai rabitələrini möhkəmləndirirlər. Ona görə də oruc həm ictmai hadisədir və həm də kamil insanı formalaşdıran bir vacibatdır.

Bir müsəlman oruc tutan zaman yalandan, nifaqdan uzaq olmalı və düz danışıb, xeyir işlər görməlidir. Başqalarına qarşı mehriban olub, ehtiram göstərməlidir. Bütün bu işləri cəm halında edərlər. Cəm halında torplaşıb, xeyir işlər görər və pisliklərdən çəkinərlər. Ona görə də oruc daha çox ictimai əxlaqa təsir qoyar.

Beləliklə deyə bilərik ki, oruc ancaq yemək və içməkdən qalmaq demək deyildir. Bəlkə ictimai və əxlaqi dəyərləri daha da inkişaf etdirmək üçün ən təsirli amildir.

Oruc cəmiyyətlə yanaşı, insanın özünə də çox təsir qoyan bir vacibatdır. İnsan bu ayda İlahi rəhmət qapılarının açıldığını dərk edir, hətta nəfəslərinin belə ibadət olduğunu başa düşür. Bununla da Allahın ona verdiyi nemətlərin coxluğunu dərk edir və qəflət yuxusundan ayılmağa başlayır.