Portuqaliya sellofan torbalardan imtina etməyi planlaşdırır


Digərləri 02 May 2019 08:43:00 212 0

Portuqaliya sellofan torbalardan imtina etməyi planlaşdırır

Tezliklə, Portuqaliyaya gələn və mağazaya gedən turistlər, plastik torbalar və ya birdəfəlik qida konteynerlərindən istifadə edə bilməyəcəklər.

Son.az Trend-ə istinadən bildirir ki, Yaşıllar Partiyası parlamentə meyvə, tərəvəz və çörək üçün nəzərdə tutulan sellofan qablaşdırmalardan imtina etməsi barədə qanun layihəsini təqdim etdi. Deputatlar qanun lahiyəsini birinci oxunuşda artıq qəbul ediblər.

Bütün mağazalar emal üçün praktiki olaraq qeyri-mümkün olan yüngül plastik qablaşdırma üçün ekoloji bir alternativ tapmalıdır.

Qeyd edəkl ki, 2021-ci ildə Avropa Birliyi bəzi birdəfəlik plastik məmulatların satışına qadağa qoyacaq.