Fransa və Almaniya akkumulyator elementləri üzrə "ilk"ə imza atdılar


Digərləri 02 May 2019 08:21:00 198 0

Fransa və Almaniya akkumulyator elementləri üzrə "ilk"ə imza atdılar

Fransa və Almaniya akkumulyator batareyalarının istehsalı üzrə trassərhəd konsorsiumu üçün dövlət subsidiyalarına icazə verilməsi ilə bağlı Avropa Komissiyasına müraciət ediblər. Konsorsiuma Almaniyanın "Opel" törəmə şirkəti ilə birgə "PSA" avtomobil istehsalçısı və Fransanın "Total" qrupuna daxil olan "Saft" şirkəti üzv olacaqlar.

Son.az ICTnews-a istinadən bildirir ki, hər iki ölkənin İqtisadiyyat nazirlikləri Avropa İttifaqının icraedici orqanına alyansın yaradılması və maliyyələşdirilməsi üçün icazənin mümkün qədər tez verilməsi ilə bağlı niyyət məktubu ünvanlayıb. Dövlətlər tərəfindən planlaşdırılan maliyyə dəstəyinin məbləği hələ ki məlum deyil.

Bir müddət əvvəl isə ölkələr Avropanın avtomobil istehsalçılarının Asiya tədarükçülərindən asılılığının azaldılması məqsədilə elektromobillər üçün akkumulyator batareyalarının istehsalını planlaşdıran bir neçə şirkətin dəstəklənməsinə 1,7 milyard avro ayırıblar.