Qətər, ABŞın İrana qarşı sanksiyalarını sərtləşdirmək qərarı ilə bağlı narazılığıni bildirib


Dünya 02 May 2019 08:28:00 232 0

Qətər, ABŞın İrana qarşı sanksiyalarını sərtləşdirmək qərarı ilə bağlı narazılığıni bildirib

Qətər, ABŞ-ın İrana qarşı neft sanksiyalarını sərtləşdirmək qərarı ilə razı deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmmhə ben Abdel Rəhman əl Tani deyib.

Onun sözlərinə görə, sanksiyalar genişləndirilməməlidir, çünki bu, İran neftindən istifadə edən ölkələrə mənfi təsir göstərir:

"Biz hesab etmirik ki, birtərəfli sanksiyalar dialoq yolu ilə və yalnız dialoq yolu həll edilməli olan böhranlara müsbət təsir edəcəkdir".