Ön kamera istifadəçilər üçün mühüm əhəmiyyət kəsb etmir


Digərləri 02 May 2019 07:31:00 320 0

Ön kamera istifadəçilər üçün mühüm əhəmiyyət kəsb etmir

"GSMArena" resursu tərəfindən oxucular arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, smartfon istifadəçiləri üçün əsas kamera ön kameradan daha vacibdir. Rəyi soruşulanların 92%-i əsas kameraya önəm verir.

Son.az ICTnews-a istinadən bildirir ki, lakin resursun məlumatına görə, insanlar ön kameradan tamamilə imtina etməyə hazır deyillər. Əksər istifadəçilər ön kameradan videozənglər, bəzi istifadəçilər isə smartfonun sifət vasitəsilə blokdan çıxarılması üçün istifadə edirlər. Bəzi istifadəçilər isə ön kameradan təyinatı üzrə (selfi) istifadə edirlər.

Sorğunun tərtibçiləri belə qənaətə gəliblər ki, smartfon istehsalçıları videonun çəkiliş keyfiyyətini yüksəltməyə önəm verməlidirlər, çünki istifadəçilər ön kameradan daha çox videozənglər üçün istifadə edirlər.