Dünya ölkələrində maraqlı vaxt anlayışları


Digərləri 02 May 2019 07:35:00 327 0

Dünya ölkələrində maraqlı vaxt anlayışları

Dünyanın bir çox ölkələrində görüşlərə, tədbirlərə, məclislərə gecikmək etiket qaydalarına zidd olsa da, bunun əksi olan, 30-40 dəqiqə gecikməyin mütləq sayıldığı ölkələr  də var. Məsələ mədəniyyətlər arasındakı fərqdədir.

Bu barədə Thewallmagazine.ru- da məqalə yayımlanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, 1990-cı ildə amerikalı antropoloq, mədəniyyətlərarası tədqiqatçı Edvard Holl monoxrom və polixrom mədəniyyətlər bölgüsü barədə məqalə dərc etdi.

O, operativlik və hər şeyin öz vaxtında olması lazım olduğunun Amerika həyatında yüksək qiymətləndirildiyini deyirdi. Burada tələsməyən insanlar məsuliyyətsiz insanlar kimi qəbul edilirlər.

Monoxrom mədəniyyətlərdə vaxt - düz istiqamətdə atılan və bir hissəni müxtəlif parçalara bölən oxdur. Bu barədə Aristotel hələ eramızdan əvvəl IV əsrdə yazıb. Bu cür yanaşma ABŞ, Almaniya, Böyük Britaniya, Skandinaviya ölkələrində yayılıb, hansısa işi müəyyən olunan vaxtda görülməsi mütləq şərtdir. Bu mədəniyyətə sahib insanlar planlamağı sevir və görüşlərə vaxtından tez gəlirlər.

Polixrom mədəniyyətli ölkələrə Ərəb, Asiya, Latın Amerika, cənub-qərbi Avropa ölkələri aid edilir. Bu ölkələrdə görüşə  35 dəqiqə gecikmək problem sayılmır.

İslandiyada bu mövzuda suallara bir cavab var - "Þetta reddast" (Hər şey öz-özünə həll olar). Nəyəsə qərar vermək istəməyəndə islandlar belə deyir. Onlar sizin sənədlərinizdə nəyisə səhv salıblarsa, görüşü ləğv ediblərsə, sizin haqda unudublarsa, bu, normaldır.