"Barselona" Çempionlar Liqasının yarımfinalında "Liverpul"u daramdağın etdi


Digərləri 02 May 2019 01:17:42 232 0

"Barselona" Çempionlar Liqasının yarımfinalında "Liverpul"u daramdağın etdi

"Barselona" futbol klubu doğma meydanında "Liverpul"a qalib gəlib

Bakı. "Barselona" futbol klubu UEFA Çempionlar Liqasının yarımfinalında doğma meydanında "Liverpul"a qalib gəlib. Trend-in məlumatına görə, "Liverpul" öz qapısından üç cavabsız qol buraxıb. İspaniyada keçirilən oyunda Luis Suarez (26') və Lionel Messi (75', 82') fərqləniblər. Qeyd edək ki, cavab qarşılaşması mayın 7-də keçiriləcək. Hər iki oyunun nəticəsinə əsasən qalib komanda "Ayaks" - "Tottenhem" cütlüyünün qalibi ilə finalda görüşəcək.