Günün qoroskopu:Gözlənilməz və çox xoş bir görüş sizi sevindirəcək


Digərləri 02 May 2019 00:01:00 263 0

Günün qoroskopu:Gözlənilməz və çox xoş bir görüş sizi sevindirəcək

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Sizdə xüsusi maraq oyatmayan işlərlə məşğul olmayın. Əgər nəyisə həvəssiz edirsinizsə, heç bir nəticə əldə etməyəcəksiniz. Ancaq əgər doğrudan da görmək istədiyiniz işlə məşğulsunuzsa, o zaman hər şey dəyişir - maneələr yaransa da, şərait pisləşsə də, istədiyinizi əldə edirsiniz.

Yüksək vəzifəli şəxslərlə, gələcəyinizin birbaşa asılı olduğu adamlarla görüşmək olar. Pul ala bilərsiniz. Xərclərinizi azaldın. Maliyyə ilə bağlı hər bir məsələdə riskdən qaçın.

Buğa - Danışıqların aparılması üçün münasib gündür. İstənilən adamı əsəbləşdirmədən və ona heç bir təzyiq göstərmədən haqlı olduğunuza inandırmağa qadirsiniz. Xanım Buğaların diplomatik xüsusiyyətləri daha güclüdür.

Enerjiniz çoxdur. Əhvalınız gözəl olacaq. Ehtiyacı olan hər kəsə kömək edir və buna görə heç nə ummursunuz. Yaradııcılıqla məşğul olmaq, orijinal ideyaları gerçəkləşdirmək olar. Müstəqil çalışmağa üstünlük versəniz, pis olmaz.

Əkizlər - Enerjiniz çoxdur. Uzun müddət yolunuzu kəsən maneələri aşa, çoxdankı rəqiblərinizə üstün gələ bilərsiniz. Ancaq gücünüzü düzgün qiymətləndirib vaxtında dayanmağı da bacarasınız gərək. Əgər təklikdə öhdəsindən gələ biləcəyinizi düşünmürsünüzsə, heç bir işə qol qoymayın.

Günün ikinci yarısı ev işləri ilə məşğul olun. Yaşadığınız yeri yeniləyə, mebel, yaxud məişət texnikası ala bilərsiniz. Uzaqlarda yaşayan dostlarınızdan xoş xəbərlər ala bilərsiniz.

Xərçəng - Yorulmaq bilmirsiniz, yeni işlərdən həvəslə yapışır, mürəkkəb məsələləri həll edirsiniz. Əgər qarşınızda hansısa məqsəd qoymusunuzsa, ona çatmaq üçün sizə heç nə mane ola bilməz. Vacib məsələləri qeyri-formal şəraitdə müzakirə etmək lazımdır.

Maliyyə vəziyyətiniz yaxşıdır. İri alış-veriş edə bilərsiniz. Bahalı zinət əşyaları da almaq olar - seçiminizdə yanılmayacaqsınız. Romantika ilə bağlı hər bir məsələni günortaya saxlayın. Axşam təklikdə qalmaq istəyəcəksiniz - bu, yaxşı fikirdir, həm fiziki, həm mənəvi güc toplamaq olar.

Şir - Hərəkətlərinizdə ardıcıllığı gözləmirsiniz. Bu, ciddi uğursuzluqlara səbəb olmasa da, işlərinizdə güclü ləngimə yarada bilər. Başqalarının işlərinə qarışmamağa, sizə aidiyyatı olmayan mübahisələrə qoşulmamağa çalışın. Lazımsız söhbətləri vaxtında kəsmək, xoşunuza gəlməyən təkliflərə yox demək vacibdir.

Uzunmüddətli planlar qura, onların reallaşdırılması üçün müxtəlif yollar axtara bilərsiniz. Həm işdəki hadisələrin, həm də şəxsi münasibətlərinizin inkişafını proqnozlaşdıra biləcəksiniz.

Qız - Şəxsi münasibətlərdə qarışıqlıqdan qaçın - hamıya şəraitin tam aydınlığı gərəkdir, ilk növbədə də sizə. Uğura güvənməyin: bu gün nəsə əldə etmək istəyirsinizsə, tər töküb zəhmət çəkməlisiniz. Dəstəyinə güvəndiyiniz adamlar bu gün sizə kömək etməkdən imtina edə bilərlər.

Dostlarınız və qohumlarınızın qayğısına qalmalı olacaqsınız, onlar öz problemlərini həll etməkdə çətinlik çəkirlər. Səfərlərdə ehtiyatlı və diqqətli olun: anlaşılmazlıqlar, xoşagəlməyən hadisələr baş verə bilər.

Tərəzi - Uğurlu gündür. Məqsədlərinizə çatmaq üçün əziyyət çəkməli olmayacaqsınız. Yaxınlarınızla münasibətləriniz yaxşılaşmaq üzrədir. Sizin problemlərinizə laqeyd yanaşan insanlar bu gün yumşalıblar və sizə kömək etməyə hazırdırlar.