Avropa Tolerantlıq Festivalının ilk tədbiri “İçərişəhər” stansiyasında keçirilib


Digərləri 02 May 2019 00:01:41 236 0

Avropa Tolerantlıq Festivalının ilk tədbiri “İçərişəhər” stansiyasında keçirilib

Bakı metropoliteni tarixinin ilklərinə imza atmağa davam edir.

Bakı. Bakı metropoliteni tarixinin ilklərinə imza atmağa davam edir. "Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, bu dəfə may ayının 1-dən 15-dək ölkəmizdə keçiriləcək 3-cü "Imagine" Avropa Tolerantlıq Festivalının birinci tədbiri məhz metropolitenin “İçərişəhər” stansiyasının vestibülündə baş tutub. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin birinci müşaviri Denis Daniildis, “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirak ediblər. Səfir Kestutis Yankauskas Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində əlaqələrin dərinləşdirilməsi, inteqrasiyanın sürətləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsində artıq 3-cü dəfədir keçirilən Festivalın əhəmiyyətini vurğulayıb. Bu dəfə tədbirlərin həm də ilk dəfə Gəncədə təşkil ediləcəyini, həmçinin Bakının ictimai sərnişindaşıma nəqliyyatında əhəmiyyətli yeri olan metropolitenin “İçərişəhər” stansiyasında başlamasının əhəmiyyətini qeyd edib. Tədbir iştirakçılarını salamlayan “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva festivalın ilk tədbirinin məhz metropolitendə keçirilməsinin əlamətdar hadisə olduğunu deyib. O, bildirb ki, “Bakı Metropoliteni” QSC sosialyönümlü fəaliyyətində dünyəvi dəyərlərin təbliğinə xüsusi diqqət ayırır. Ənənəvi olaraq stansiyalarda keçirilən sərgilər və aksiyalar bunun bariz nümunələridir.