Hər gün ət yeyənlərdə bu xərçəng yaranır XƏBƏRDARLIQ


Digərləri 01 May 2019 23:43:00 228 0

Hər gün ət yeyənlərdə bu xərçəng yaranır  XƏBƏRDARLIQ

Hər gün ət, xüsusən qırmızı ət yeyən insanlarda kolorektal - bağırsaq riski dəfələrlə artır.

Son.az medicina.az-a istinadən xəbər verir ki, bunu Oksford universitetinin alimləri bildirib.

Onların 476 min insan arasında apardıqları sorğuya əsasən, 175.000 insanda koloraktal xərçəng riski aşkarlanıb. Onların 2,5 min nəfəri 5-6 il ərzində bağırsaq xərçəngindən dünyasını dəyişib. 

Bu insanların qida rasionunu təhlil edərkən məlum olub ki, orta hesabla gündə  70-75 qr qırmızı və ya emal olunmuş ət ( kolbasa, sosis, konserv və s) yeyənlər 20% daha çox kolorektal şişə yoluxub. 

Əlavə olaraq bu xərçəngi alkoqol da aktivləşdirir.  Alimlər qırmızı əti həftədə 2 dəfədən artıq qəbul etməməyi tövsiyyə edir.