Evi neqativ enerjidən təmizləmək üçün 5 ən yaxşı üsul


Digərləri 01 May 2019 23:48:00 299 0

Evi neqativ enerjidən təmizləmək üçün 5 ən yaxşı üsul

Bəzən insan öz evində özünü narahat hiss etməyə başlayır, tez-tez halsız olur, əhvalı səbəbsiz pozulur. Evdən çıxanda isə əksinə özünü daha yaxşı hiss edir.

Əgər siz də bu hallarla rastlaşmısınızsa, bu o deməkdir ki, evinizdə  neqativ enerji çoxdur. Digər əlamətlər - evdə tez-tez mübahisələr yaranır, uşaqlar daha nadinc olur, özünü pis aparır, çox qışqırır və dalaşırlar, ev heyvanları özünü qeyri-adi aparmağa başlayır.

Son.az saglamolun.az-a istinadən evi mənfi enerjidən təmizləmək üçün 5 ən yaxşı üsul təqdim edir.

1. Evinizi əsaslı şəkildə təmizləyin, bütün səthləri nəm əski ilə silin, xalça, pərdə və çılçıraqları yuyun. Evin tez-tez və əsaslı şəkildə təmizlənməsi həm sağlamlıq üçün faydalıdır, həm də evi neqativ enerjidən azad edir.  

2. Evdən artıq, istifadə olunmayan əşyaları (köhnə paltar, qəzet, kitab, jurnal, oyuncaqlar və s.) atın. Ümumiyyətlə evdə köhnə və xüsusilə də sınıq, xarab əşyaları (sınıq qablar, mebel və s.) saxlamaq evdə mənfi enerjinin toplanmasına səbəb olur.  

3. Evdə aromatik şamları və ya aromatik lampaları yandırın. Lavanda, limon, portağal, rozmarin aromatik yağlarından istifadə edə bilərsiniz.