Azərbaycan nefti bahalaşır


Digərləri 01 May 2019 23:30:00 186 0

Azərbaycan nefti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,55 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,55 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,02 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,14 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,84 dollar/barel çoxdur.