Dahi rəssamın kiçik sürrealist əsərləri satışa çıxarılır


Digərləri 01 May 2019 23:21:00 289 0

Dahi rəssamın kiçik sürrealist əsərləri satışa çıxarılır

Akvarellə çəkilmiş Salvador Dalinin 15 illüstrasiyası iyun ayında Parisdə hərraca çıxarılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəkillər 1959 və 1975 illər arası yeni ili təbrik etmək üçün çəkilib və ölçü baxımından kiçik kart formatındadır.

"Biz onun gündəlik çəkdiyi şəkilləri, kino üçün illüstrasiyaları, hətta kitabın üz qabığına çəkdiyini görmüşük, ancaq 20 il ərzində təbrik kartları onun karyerasında bir yenilikdir", - deyə satış üzrə səlahiyyətli şəxs Bruno Cobert bildirib.


Xəbərə aid fotolar