Kişmiş suyunun bağırsaq və qaraciyərə faydası


Digərləri 01 May 2019 23:25:00 293 0

Kişmiş suyunun bağırsaq və qaraciyərə faydası

Kişmiş zəngin qlükoza deposu, kaliumla bol çərəzdir. Kişmişin orqanizm üçün faydaları çoxdur. Amma İslam dininə görə kişmişin suyu özünü yeməkdən daha faydalıdır.

Bunu Məhəmməd peyğəmbər və İmam Əli də dəfələrlə tövsiyyə edib.

Son.az medicina.az-a istinadən Azərbaycanın tanınmış həkim fitoperapevti Füzuli Hüseynovun kişmiş suyu reseptini təqdim edir.

Axşamdan 20-25 ədəd qara kişmişi 1 stəkan çiy suya qoyun, səhər ac qarına suyunu için, kişmişləri də yeyin. Bu zaman kişmişlər boşalır, daha rahat həzm olunur, suyu isə qan-damar və qaraciyər üçün çox faydalıdır. Qaraciyərin bütün xəstəliklərində öd durğunluğu, ümumi zəiflikdə, ürək zəifliyində, yorğunluqda və yaddaş zəifliyində içilməsi məsləhətdir. Bədəni profilaktika məqsədi ilə də içə bilərsiniz. Bu içki bağısaqlar üçün də faydalıdır, çünki tərkibində zəngin sellüloza vardır, babasil zamanı da içilməsi faydalıdır.