İngiltərənin müdafiə naziri işdən qovuldu "Huawei"ə məlumat ötürübmüş


Dünya 01 May 2019 22:58:00 214 0

İngiltərənin müdafiə naziri işdən qovuldu  "Huawei"ə məlumat ötürübmüş

Böyük Britaniyanın baş naziri Tereza Mey Çinin "Huawei" telekommunikasiya şirkətinə informasiya sızdırmaqda ittiham edilən müdafiə naziri Qevin Uilyamsonu istefaya göndərib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Britaniya hökumətinin dəftərxanasının yaydığı açıqlamada baş nazir Meyin artıq Uilyamsona güvənmədiyi vurğulanıb. 

Nazir Milli Təhlükəsizlik Şurasının toplantısından məlumat sızdırmaqda günahlandırılıb. Belə ki, şuranın iclasından sonra KİV-də "Huawei" şirkətinin Böyük Britaniyada beşinci nəsil mobil rabitə sistemi yaradacağına dair məlumat getmişdi. 

Uilyamsonu bu postda Penni Mordont əvəzləyəcək. Hazırda o, beynəlxalq inkişaf naziri vəzifəsini tutur.