Dağınıq skleroz xəstəliyi yanlış diaqnoz olunur Çox xəstələrin problemi başqadır


Digərləri 01 May 2019 21:42:00 311 0

Dağınıq skleroz xəstəliyi yanlış diaqnoz olunur  Çox xəstələrin problemi başqadır

Dünyada tam müalicəsi mümkün olmayan ağır nevroloji xəstəliklərdən biri olan dağınıq skleroz çox zaman səhv diaqnoz olunur. Əslində xəstələrin problemi ayrı səbəblərdir.

Son.az medicina.az-a istinadən xəbər verir ki, bunu Los-Anceles Universitetinin alimləri bildirib.

Onlar hesab edir ki, bu diaqnoz qoyulmuş xəstələrin çoxu yanlışlıqla üz-üzə qalıb və səhv müalicə alır.

Dağınıq Skleroz - autoimmun xəstəlik olub, immun sistemin öz sinir hüceyrələrinin mielin qatını dağıtmasıdır. Xəstəliyin simptomları insult, miqren və digər patologiyalarla oxşardır. 

Elmi tədqiqatda 241 pasiyentin xəstəlik tarixçəsi incələnib. Alimlər 100 nəfərin diaqnozunun düzgünlüyünə şübhə ediblər.

Ciddi araşdırmalar göstərib ki, 22 nəfərdə ağır miqren digər patologiyalarla qarışıq, 15 nəfərdə isə fibromialgiya, 12nəfərdə psixosomatik pozuntu, 6 nəfərdə optik neyromielit diaqnozu imiş.

Pasiyentlərin 3-də biri 10 il idi ki, yanlış diaqnozla yaşayır və səhv müalicə alırdılar.

Halbuki 70%-də əvvəldən düzgün diaqnoz qoymaq mümkün idi.