Bakıda qız özündən 6 yaş kiçik sevgilisini oteldə öldürdü TƏFƏRRÜAT


Kriminal 01 May 2019 21:24:00 265 0

Bakıda qız özündən 6 yaş kiçik sevgilisini oteldə öldürdü  TƏFƏRRÜAT

Bakıda oteldə qətl törətməkdə təqsirli bilinən Günel Hüseynova barəsində çıxarılan hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayəti edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası may ayının 3-də hakim Habil Məmmədovun sədrliyi ilə keçiriləcək.

İttihama görə, ötən il iyulun 26-da Binəqədi rayonu ərazisindəki otellərin birində Sabunçu rayon sakini, 31 yaşlı Günel Hüseynova 25 yaşlı sevgilisi Vüqar Atakişiyevlə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.

Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Mübahisə daha sonra hamam otağında davam edib.

Bu zaman Günel Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi əraziyə Binəqədi rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları cəlb edilib.