Satışa çıxarılan yararsız ət aşkarlandı


Digərləri 01 May 2019 19:33:00 196 0

Satışa çıxarılan yararsız ət aşkarlandı

Mingəçevirdə ət kəsimi məntəqəsində yararsız mal əti aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Mili.Az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində keçirdiyi tədbir nəticəsində şəhərdəki mərkəzi bazarda ət kəsimi məntəqələrinin birindən sümükdən ayrılmış, natəmiz vəziyyətdə və istifadəyə yararsız olan 50 kiloqram mal əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.