Prezident təqaüdünün təyini üçün əlill və müharibə veteranlarından sənəd qəbuluna başlanıb


Digərləri 01 May 2019 19:28:43 261 0

Prezident təqaüdünün təyini üçün əlill və müharibə veteranlarından sənəd qəbuluna başlanıb

Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Prezidentin təqaüdünün təyin edilməsi üçün onlardan sənəd qəbuluna artıq başlanıb

Bakı. Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Prezidentin təqaüdünün təyin edilməsi üçün onlardan sənəd qəbuluna artıq başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanlarının icrası olaraq, nazirlik tərəfindən aprel ayı üzrə 460 000 nəfər şəxsə sosial müavinət və təqaüdlərin artırılmış məbləğlərdə avtomatlaşdırılmış şəkildə ödənilməsi təmin edilib. Eyni zamanda, həmin Fərmanlara əsasən, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün həmin vətəndaşlardan artıq sənəd qəbuluna başlanılıb. Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər onlara təqaüdün (100 manat) təyin edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşadıqları rayon (şəhər) şöbəsinə yalnız ərizə təqdim edirlər. Müharibə veteranlarının isə onlara təqaüd (80 manat) təyin olunması üçün ərizə və müharibə veteranı vəsiqəsini təqdim etmələri kifayət edir. I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezidentin təqaüdünün (50 manat) verilməsi üçün isə qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.