Populyar “Day.az” saytı tamamilə yenilənib


Digərləri 01 May 2019 19:07:17 172 0

Populyar “Day.az” saytı tamamilə yenilənib

Populyar “Day.az” saytı tamamilə yenilənib

Bakı. Populyar “Day.az” saytı tamamilə yenilənib. Trend-in məlumatına görə, sayt daha funksional, müasir və istifadədə daha rahat olub. Saytın baş redaktoru Emin Əliyev saytda oxucuları gözləyən yeniliklər barədə danışıb: “Ölkədə ən tələb olunan xidmətlərimizdən olan “Hava (weather.day.az)” və “Pul (azn.day.az)” xidmətləri vidcetlər şəklində işə salınır və saytın yuxarı sağ küncündə yer alır. Bundan sonra hava proqnozlarını və məzənnələri izləmək daha rahat olacaq. Vidcet üzərinə basmaqla siz müvafiq xidmətin səhifəsinə yönələcəksiniz. Bir sıra nəşrlərimizdə də dəyişikliklər olub: şrift bir qədər dəyişib, ümid edirəm ki, indi xəbərləri oxumaq daha da rahat olacaq. Şriftin ölçüsünü xəbərin içində nizamlamaq mümkün olacaq. Bundan başqa biz qalereyaları bir qədər dəyişmişik: indi fotoşəkilləri xəbərin içində izləmək daha rahat olacaq. Bu şəkilləri üzərinə bir dəfə basmaqla paylaşmaq, yükləmək və ya kopyalamaq mümkün olacaq. Axtarış interfeysi dəyişdirilib. Xüsusi layihələrimiz, tematik bölmələr və rubrikalarımız – bütün bunlar daha da sadələşdirilib və əsas səhifədə rahat yerləşdirilib. Biz smartfondan istifadə etməyə üstünlük verən oxucularımızı da fikirləşmişik. Saytın mobil versiyası əsaslı dizayn edilib: indi orada həm günün əsas xəbərləri, həm də Azərbaycanda və dünyada baş verən ən son hadisələr vurğulanıb. Bundan başqa, şəkil və qrafikanın əks olunmasını dayandırmaqla, internet trafikə qənaət edə bilərsiniz.