Rüfət Axundov və Rəşad İlyasovun həbsi tələb olundu


Şou-biznes 01 May 2019 17:55:00 212 0

Rüfət Axundov və Rəşad İlyasovun həbsi tələb olundu

Bu gün Yasamal Rayon Məhkəməsində "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə R.İlyasovun müdafiəsinə yeni vəkil Şahmar Məmmədov qoşulub.

Prosesdə məlum olub ki, təqsirləndirilən R.İlyasovla R.Axundov bu günkü məhkəmə prosesinə də gəlməyiblər.

Prosesdə xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edərək bildirib ki, hər iki müğənni "Space TV"də "Hər səhər" verilişində qeyri-etik ifadələr səsləndirib və buna görə onlar cinayət məsluliyyətinə cəlb edilib, 6 ay müddətinə azadlıqdan məhrum edilməlidir.

Müğənnilərin vəkilləri isə məhkəmədən ittihamçının şikayətinin təmin edilməməsini istəyib.