“Sən kişiləri arvadlaşmağa çağırırsan”


Şou-biznes 01 May 2019 17:45:00 182 0

“Sən kişiləri arvadlaşmağa çağırırsan”

ARB TV-də yayımlanan "Səhər-səhər" proqramının aparıcıları Əli Mirəliyev və Elgiz Əkbər arasında qalmaqal yaşanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Elgiz verilişdə qonaq olan Tacir Şahmalıoğluna əməliyyat etdirərək, cavanlaşmağı məsləhət görüb.

Onun bu istəyi Mirəliyevi özündən çıxarıb. Müğənni deyib ki, belə hərəkətlər kişiyə xas olan işlər deyil.

Elgiz Əkbərin isə cavabı sərt olub:

"Sənin xarakterinlə sənətin uyğun deyil. Sənin düşüncə tərzinə sahib olan insanın səhnədə yeri yoxdur. Yekə kişisən, 70 yaşın var, nəyə düşüb ortalığa oynayırsan? Cəmiyyətdə pis fikirlər formalaşdırırsan. Tükü tökülmüş qarğaya oxşayırsan. Sən dediyin insanlar özünü ağır aparır".