Binalara yeni liftlər quraşdırılır


Digərləri 01 May 2019 16:53:00 181 0

Binalara yeni liftlər quraşdırılır

Bakıda çoxmərtəbəli binalara yeni liftlərin quraşdırılmasına başlanılıb.

Son.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərov deyib.

Bildirib ki, prosesə Nizami rayonundan başlanılıb.

Belə ki, rayonun Qara Qarayev prospekti 47 ünvanında yerləşən 10 bloklu, 9 mərtəbəli yaşayış binasında birinci lift quraşdırılıb:

"Bakıda çoxmənzilli binalarda liftlərin yeniləri ilə əvəzlənməsi ilk olaraq pilot layihə olaraq Nizami rayonunda həyata keçirilməsi qərara alınıb. Digər mərhələdə liftlər Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində quraşdırılmağa başlanılacaq".