“Kişi qadından üstün olmalıdır”
Şou-biznes 01 May 2019 16:25:00 234 0
"Eurovision 2011" qalibi Nigar Camal "Dalğa" TV-də yayımlanan "Gün ortası Zümrüdlə" proqramının qonağı olub.
Son.az axşam.az-a istinadən xəbər verir ki, o, veriliş zamanı kişi və qadın hüquqlarınının bərabərliyindən söz açıb.
Müğənni söyləyib ki, hər iki cinsin eynihüquqlu olmasını qəbul etmir:
"Son zaman eynihüquqlu olmaqdan söz düşür. Düşünürəm ki, bu, ailədə belə olmalı deyil. Kişi daha üstün olmalıdır. Eynihüquqlu olmaq, qadının da kişi kimi olması deməkdir, bu, mənim xoşuma gəlmir".
Mənbə: milli.az