Azərbaycan idmançısı növbəti dəfə Avropa çempionu oldu (FOTO)


Digərləri 01 May 2019 16:00:00 215 0

Azərbaycan idmançısı növbəti dəfə Avropa çempionu oldu (FOTO)

Rusiyanın paytaxtı Moskva şəhərində Uşu-Sanda üzrə növbəti Avropa Çempionatı keçirilib.

Bakı. Samir Əli - Moskvada Uşu-Sanda üzrə növbəti Avropa Çempionatı keçirilib. Trend-in məlumatına görə, çempionatın ilk günlərində Azərbaycan idmançısı rəqiblərini məğlub edərək Avropa çempionu olub. 60 kiloqram çəki dərəcəsində yarışa qatılan Azərbaycan idmançısı Elçin Eminov Rusiya və Serbiya idmançılarını məğlub edərək finala yüksəlib. Azərbaycanlı idman ustası finalda Gürcüstan idmançısını məğlub edərək 4-cü dəfə Avropa çempionu olub.