İlahiyyat İnstitutunun nümayəndə heyəti Beynəlxalq İslam Təfəkkürü və Sivilizasiyası İnstitutunu ziyarət edib (FOTO)


Digərləri 01 May 2019 16:05:00 147 0

İlahiyyat İnstitutunun nümayəndə heyəti Beynəlxalq İslam Təfəkkürü və Sivilizasiyası İnstitutunu ziyarət edib (FOTO)

İlahiyyat İnstitutunun nümayəndə heyəti Beynəlxalq İslam Təfəkkürü və Sivilizasiyası İnstitutunu ziyarət edib

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 aprel 2019-cu il tarixdə Malayziyaya səfər çərçivəsində İslam Təfəkkürü və Sivilizasiyası İnstitutunu (ISTAC) ziyarət edib. Aİİ-dən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə ziyarət zamanı ISTAC haqqında ətraflı məlumat verilib. İnstitutda təkcə Malayziya tarixi və mədəniyyətinin deyil, eyni zamanda, İslam tarixi və mədəniyyətinə aid materialların da araşdırıldığı qeyd olunub. ISTAC-ın nəzdində fəaliyyət göstərən Seyid Məhəmməd Naqib əl-Attas kitabxanasını ziyarət zamanı Aİİ nümayəndə heyəti burada mövcud əlyazmaları ilə tanış olub. Dünyanın bir çox ölkələrindən olan nadir əlyazmalarının toplandığı kitabxana özünəməxsusluğu ilə seçilir. Kitabxanada saxlanılan qədim əlyazmalarının toplanması, qorunub saxlanılması, araşdırılması, tədqiqi və nəşri haqqında məlumat verilib. Qeyd olunub ki, İslam dünyasının milli sərvəti sayılan əlyazmalarının tədqiq edilərək gələcək nəsillərə çatdırılması işi uğurla həyata keçirilir. Görüş zamanı əlyazmalarının birlikdə tədqiqi, mühüm tarixi sənədlərin arxiv və kitabxanalardan əldə edilərək, elmi araşdırmalara cəlb olunmasının zəruriliyi vurğulanıb.