Dövlət Komitəsində “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib


Digərləri 01 May 2019 15:49:00 182 0

Dövlət Komitəsində “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda din siyasəti" mövzusunda konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, konfransda DQİDK rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəxsləri, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var.

O qeyd edib ki, Azərbaycan məhz Heydər Əliyevin rəhbərliyi altında böyük naliyyətlər əldə edib: "Heydər Əliyev dahi bir siyasətçi idi. Məhz Heydər Əliyevin dahiliyi sayəsində Azərbaycanda vətəndaş müharibəsinin, fəlakətlərin qarşısı alındı. Bugünkü güclü Azərbaycanı bizə Heydər Əliyev bəxş edib. Heydər Əliyev uzaqgörən siyasətçi idi, onun hər bir fikrinin böyük mənası var idi".