UNEC-də əcnəbi tələbələrin Milli Mətbəx festivalı keçirilib (FOTO)


Digərləri 01 May 2019 15:43:00 219 0

UNEC-də əcnəbi tələbələrin Milli Mətbəx festivalı keçirilib (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əcnəbi tələbələrin iştirakı ilə Milli Mətbəx festivalı keçirilib.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əcnəbi tələbələrin iştirakı ilə Milli Mətbəx festivalı keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-in əcnəbi tələbələrinin universitetin sosial həyatına inteqrasiyası istiqamətində görülən işlərdən söz açıb. Prorektor əcnəbi tələbələrin təmsil etdikləri ölkələrin tarixinin, mədəniyyətinin, mətbəxinin tanıdılması baxımdan festivalın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev UNEC-də təhsil alan əcnəbi tələbələr barədə məlumat verib. Bildirib ki, UNEC-də 20-yə yaxın ölkədən 245 nəfər əcnəbi bakalavr, magistr və doktorant təhsil alır. O, UNEC-də əcnəbi tələbənin təşəbbüsü ilə ödənişsiz “Danışıq klubu”nun (Conversation club) da fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Əfqanıstan vətəndaşı olan, Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi, UNEC-in əcnəbi tələbə klubunun rəhbəri Muqader Vazeri universitetdə yerli və əcnəbi tələbələr arasında sosial inteqrasiyasının yüksək səviyyədə təşkil edildiyindən danışıb. Festivalın keçirilməsinin bu münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayıb.