"Deyirlər ki, qızının 1 yaşı olanda başqasıyla gəzirdin"
Şou-biznes 01 May 2019 15:31:00 235 0
Müğənni Zeynəb Dostəliyeva sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib.
Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Səhər-səhər" verilişində bildirib ki, ikinci dəfə ailə qurduğu üçün onu qınayıblar: "Keçən dəfə kanalların birində dedim ki, əmim oğlundan ayrıldım. Evliliyimiz 2 ay çəkmədi. Sonra uşağımın 1 yaşı olanda rəhmətlik yoldaşım Tofiqlə tanış oldum. Bunu saytlar yazdı və yayıldı. Altından yazıblar ki, 1 yaşında qızın var idi, başqasıyla gəzmisən. Heç vaxt elə bir əxlaqsızlıq etmərəm ki, kimsə irad tutsun. İnsanın xarakteri necədirsə, elə də olacaq. İstəyir qısa geyinsin, istəyir nə. Hər şeyin öz yeri var. Xanımın sevdiyi də, "salam" verdiyi də olar. Amma yerində, artıq-əskik yox".
Mənbə: milli.az