Keçmiş MTN zabitinin əmlakının müsadirə qərarı ləğv edildi


Digərləri 01 May 2019 15:39:00 193 0

Keçmiş MTN zabitinin əmlakının müsadirə qərarı ləğv edildi

Ali Məhkəmədə ləğv edilmiş rüşvət almaq, hədə-qorxu ilə tələb etmə və digər ağır cinayətlərdə təqsirləndirilərək həbs edilən, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun əmlakının müsadirə olunması ilə bağlı verilən kassasiya şikayətinə baxılıb.

Bakı. Samir Əli - Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin sabiq rəisi, rüşvət almaq, hədə-qorxu ilə tələb etmə və digər ağır cinayətlərdə təqsirləndirilərək həbs edilən Vüsal Ələkbərovun əmlakının müsadirə olunması ilə bağlı verilən kassasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar elan olunub. Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilib, V.Ələkbərovun barəsində olan hökmdən əmlakın müsadirə edilməsi hissəsi çıxarılıb. İttihama görə, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.