İrandan Azərbaycana gələn Pakistan vətəndaşında narkotik tapıldı FOTO


Kriminal 01 May 2019 15:22:00 319 0

İrandan Azərbaycana gələn Pakistan vətəndaşında narkotik tapıldı  FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda, İran İslam Respublikasından Azərbaycana gələn "Volvo" markalı sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, avtobusda olan sərnişin Pakistan İslam Respublikasının vətəndaşı Shah Nasrat Yar Mat oğlunun əl yükünə rentgen aparatı ilə baxış keçirilərkən rəngli fonda şübhəli cizgilər müşahidə edilib.

Yoxlama zamanı 1 ədəd qara və 1 ədəd qəhvəyi rəngli çamadanların hər birinin daşınması üçün nəzərdə tutulan metal tutacaqların içərisindən ayrı-ayrılıqda 438 qram olan, ümumilikdə 876 qram narkotik vasitə-heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar