Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq MTN zabitinin məhkəməsi başladı


Digərləri 01 May 2019 15:04:49 207 0

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq MTN zabitinin məhkəməsi başladı

Bu gün Bakı Hərbi Məhkəməsində dələduzluq, hədə-qorxu ilə tələb etmə və digər ağır cinayətlərdə təqsirləndirilən Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Hərbi Məhkəməsində dələduzluq, hədə-qorxu ilə tələb etmə və digər ağır cinayətlərdə təqsirləndirilən Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə bildirilib ki, zərərçəkmişlərdən məhkəməyə gəlməyənlər olub. Təqsirləndirilən V.Mahmudovun vəkili vəsatət qaldıraraq müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.