Real ucuz almaq istəyir, Lyon baha satır


İdman 01 May 2019 14:45:00 259 0

Real ucuz almaq istəyir, Lyon baha satır

Real Lyon-un futbolçusu Tanquy Ndombeleni transfer etmək niyyətindədir.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” 22 yaşlı yarımmüdafiəçi üçün Liqa 1 təmsilçisinə 50 milyon avro təklif edib. .

50 milyonun az olduğunu düşünən Lyon rəhbərliyi, Real-dan 100 milyon avro tələb edib.

Ndombele ilə Real-la yanaşı, Manchester City, PSG və Juventus da maraqlanır.

Fransa klub ilə 2023-cü ilə qədər müqaviləsi olan Ndombele, bu mövsüm 44 oyunda iştirak edərək, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.