Nazir müavini: Bu il 233 sahibkara 34,3 milyon manat güzəştli kredit verilib


Digərləri 01 May 2019 14:55:00 222 0

Nazir müavini: Bu il 233 sahibkara 34,3 milyon manat güzəştli kredit verilib

Azərbaycanda 2016-cı ildə tətbiq olunan investisiya təşviqi mexanizmi qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verib.

Bakı. Ayşəm Rüstəmova - Azərbaycanda 2016-cı ildə tətbiq olunan investisiya təşviqi mexanizmi qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verib. Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. O qeyd edib ki, indiyədək 362 layihəyə investisiya təşviqi sənədi verilib: “Azərbaycanın 8 iqtisadi rayonunu əhatə edən bu layihələrə 3,1 milyard manata qədər investisiya yatırılması və 23,7 minədək yeni iş yerinin açılması nəzərdə tutulub”. Onun sözlərinə görə, eyni zamanda indiyədək 35 min 800 dən çox sahibkara 2,3 milyard manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 166 minə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.