KOB evində göstəriləcək xidmətlərin elektron platforması yaradılacaq


Digərləri 01 May 2019 14:21:00 223 0

KOB evində göstəriləcək xidmətlərin elektron platforması yaradılacaq

KOB evində göstəriləcək xidmətlərin elektron platforması (e-KOB evi) yaradılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönələn dövlət dəstəyi tədbirlərinin ünvanlılığını təmin etmək üçün Nazirlər Kabinetinin qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" təsdiq edilib:

"Sahibkarlara 32 dövlət qurumu tərəfindən 110-a yaxın xidmətlərin göstərilməsi, bu xidmətlərin əldə edilməsi üçün konsaltinq dəstəyi göstərən ilk KOB evinin yaradılması mikro, kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir edəcək".