Sahil Babayev Astarada, müavinləri Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşəcəklər


Digərləri 01 May 2019 14:28:00 214 0

Sahil Babayev Astarada, müavinləri Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşəcəklər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Astara rayonunda həmin rayonun vətəndaşlarını fərdi qaydada qəbul edəcək.

Bakı. Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq mayın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Astara rayonunda həmin rayonun vətəndaşlarını fərdi qaydada qəbul edəcək. Trend-in məlumatına görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Masallı rayonunda və Mətin Kərimli Lənkəran rayonunda vətəndaşlarla görüşəcəklər. Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.