Orxan Məmmədov: "Bakıda birinci KOB evi bu ilin sonunadək açılacaq"


Digərləri 01 May 2019 14:10:00 248 0

Orxan Məmmədov: "Bakıda birinci KOB evi bu ilin sonunadək açılacaq"

Bakıda birinci kiçik və orta biznes (KOB) evi bu ilin sonunadək açılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə KOB İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, Bakıda bir neçə KOB evinin açılması planlaşdırılır və ilk KOB evi Nərimanov rayonunda açılacaq:

"KOB evində 30 dövlət strukturundan 110-dan çox icazə veriləcək. Bu qurum "biznesi başla", "biznesi apar", "biznesi inkişaf etdir" və "biznesi dəstəklə" alqoritmləri ilə fəaliyyət göstərəcək".

O.Məmmədov vurğulayıb ki, KOB evinin yaradılmasında əsas məqsəd operativliyi, şəffaflığı və maliyyə ehtiyatlarına rahat çıxışı təmin etməkdir.