Parisdə 1 May mitinqləri ərəfəsində əməliyyat


Dünya 01 May 2019 14:05:00 202 0

Parisdə 1 May mitinqləri ərəfəsində əməliyyat

Fransanın paytaxtı Parisdə polis 1 May bayram mitinqləri ərəfəsində əməliyyat keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat zamanı 14 nəfər saxlanılıb.

Məlumata görə, saxlanan şəxslərin evlərindən və avtomobillərindən qadağan olunmuş alətlər, o cümlədən bıçaq, çəkic, qaz balonları və yanacaq dolu 3 kanistr müsadirə edilib.

Saxlananlar arasında 3 İspaniya vətəndaşının da olduğu bildirilir.