Anar Mədətovdan oğlunun soyadını dəyişməsinə münasibət: "... həmin adam özünü biabr edir"


Şou-biznes 01 May 2019 13:56:00 226 0

Anar Mədətovdan oğlunun soyadını dəyişməsinə münasibət: "... həmin adam özünü biabr edir"

Prodüser Anar Mədətovun həyat yoldaşından boşanmadan Samirə adlı vizajistlə nişanlanması tənqid olunub.

Son.az news24.az-a istinadla xəbər verir ki, A.Mədətov ARB TV-də yayımlanan "Show News" verilişinə məsələ ilə bağlı danışıb danışıb: "Açıqlama yoxdur. Mənim ailə işimə heç kim qarışa bilməz. Cavabım budur".

A.Mədətov oğlu Mahir Mədətovun soyadını dəyişməsi ilə bağlı məsələyə də münasibət bildirib: "Mahir elə bir şey deyə bilməz. Mahirə heç kim o sualı verməyib, Mahir də elə cavab deməyib. Əgər kimsə Mahirin adından danışıb xal tutmaq istəyirsə, həmin adam özünü biabr edir".

Prodüser ayrılığının səbəbini belə açıqlayıb: "Həyatdır. Bir gün çıxarsan və yolda başına daş düşə bilər, ölərsən. Həyatda hər şey olur".