Anar Mədətova ərə gedən Samirə xınadan FOTOlar yaydı


Şou-biznes 01 May 2019 13:42:00 190 0

Anar Mədətova ərə gedən Samirə xınadan FOTOlar yaydı

Prodüser Anar Mədətovun həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və yenidən ailə qurmağa hazırlaşması xəbəri gündəmdən düşmür

.

Son.az axşam.az-a istinadən bildirir ki, Anar vizajist kimi fəaliyyət göstərən Samirə adlı xanımla ikinci dəfə evlənir. Samirə xına mərasimindən yeni fotolar yayımlayıb.

Vizajist xanım paylaşdığı şəkillərə "Həyat nə yaşadıqlarındır, nə də əldə etdiyin uğurlar. Həyat ömürboyu "həyatım" deyə biləcəyin insanı tapdıqda başlayır. A və S (Anar və Samirə - red.)" sözlərini yazıb.

Qeyd edək ki, Anar və Elnurə boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma rəsmiləşməmiş Mədətov toy hazırlıqlarına başlayıb.


Xəbərə aid fotolar